İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02 noyabr 2017, 10:20
İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çox yaxşı əlaqələrin, yüksək səviyyəli əməkdaşlıq formatının mövcud olduğunu deyən dövlətimizin başçısı Monteneqro Prezidenti və Baş nazirinin Azərbaycana, özünün isə Monteneqroya səfərlərini məmnunluqla xatırladı, həmçinin müxtəlif nazirlər və digər rəsmi şəxslərin də qarşılıqlı səfərlər həyata keçirdiyini qeyd etdi və bütün bu səfərlərin ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət və turizm daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini dedi. Azərbaycan ilə Monteneqro arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış memoranduma toxunan dövlətimizin başçısı bu istiqamətdə işlərin uğurla aparıldığını qeyd etdi, memorandumun bu baxımdan çox faydalı olacağına ümid etdiyini bildirdi.

Həm Azərbaycanın, həm də Monteneqronun inkişaf etmiş turizm infrastrukturuna malik olduğunu bildirən Prezident İlham Əliyev hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac olduğunu qeyd etdi.

Azərbaycana ilk dəfədir ki, səfər etdiyini vurğulayan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç ölkəmizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin onda dərin təəssürat yaratdığını bildirdi. Səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməkdən şərəf duyduğunu deyən Srcan Darmanoviç Ulu Öndərin Azərbaycanın inkişafında böyük rol oynadığını vurğuladı, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini və ölkənin sürətli inkişafına nail olduğunu dedi.

Dövlət başçısı Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin Bakıya səfərinin ölkəmizlə bağlı daha çox təəssüratlar əldə etməsi baxımından önəmli olacağına əminliyini bildirdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10