İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02 noyabr 2017, 16:00
İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev  İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Enerji sektorunun ölkələrimiz arasında əməkdaşlıq üçün ən əsas sahə olduğunu deyən Linda Lanzillotta TAP layihəsinə ölkəsinin sadiqliyini vurğuladı və əminliklə bildirdi ki, bu, həm də Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişləndirilməsi üçün çox əhəmiyyətlidir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərə toxunan qonaq İtaliyanın ölkəmizin infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu dedi. “Milan Expo-2015” sərgisini xatırlayan Linda Lanzillotta bu sərgidə Azərbaycan pavilyonunun çox böyük maraqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev uğurla inkişaf edən İtaliya-Azərbaycan ikitərəfli əlaqələrinə ölkəmizin böyük önəm verdiyini dedi və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq burada neft ixracının başlıca rol oynadağını xüsusi qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində TAP layihəsinin böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin qrafikə uyğun olaraq uğurla icra edildiyini və işlərin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Cənub Qaz Dəhlizinin digər hissələrində, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəmərində işlərin 100 faiz, TANAP layihəsində isə 80 faizdən çoxunun yerinə yetirildiyini dedi. Qlobal enerji təhlükəsizliyi layihəsi kimi Cənab Qaz Dəhlizinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı İtaliyanın Azərbaycanın əsas qaz ixrac edəcəyi ölkələrdən biri olduğunu qeyd etdi və bunun əlaqələrimizin inkişafı üçün xüsusi önəm daşıdığını dedi.

Ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha fəal iş aparılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı hazırda əsas diqqətin digər istiqamətlərə - sənaye, kənd təsərrüfatı, infrastruktur, nəqliyyata yönəldilməsinin zəruriliyini bildirdi. Azərbaycanda icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakına toxunan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı Bakıda və regionlarda həyata keçiriləcək infrastruktur və digər layihələrdə iştirak etmək üçün İtaliya şirkətlərini Azərbaycana dəvət etdi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları və onların daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10