İlham Əliyev Moldovanın daxili işlər nazirini qəbul edib

15 noyabr 2017, 11:05
İlham Əliyev Moldovanın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan və Moldova hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulandı, Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photo