Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 noyabr 2017, 18:13

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 594; 2003, № 2, maddə 81; 2005, № 3, maddə 160; 2007, № 8, maddə 769; 2010, № 2, maddə 80; 2011, № 7, maddələr 637, 641; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 781) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci bənd üzrə:

1.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra Neft Fondunun İcraçı direktoru Neft Fondu büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq, aşağıdakı sənədlərlə birlikdə Neft Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edir:”;

1.2. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verir.”.

2. 4.2-ci və 6.2-ci bəndlərə “Müşahidə Şurasının” sözlərindən sonra “və Azərbaycan Respublikası Hesablama Palatasının” sözləri əlavə edilsin və həmin bəndlərdə “rəyi” sözü “rəyləri” sözü ilə əvəz edilsin.

3. 6.1-ci bəndə “Müşahidə Şurasına” sözlərindən sonra “, Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verir.”.

4. 6.3-cü bənddə “Neft Fondunun Müşahidə Şurasının rəyi və” sözləri “Neft Fondu Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri, habelə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2017-ci il.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37