İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirini qəbul edib

05 dekabr 2017, 12:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirildi.

Prezident İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının önəmini qeyd etdi, bu sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirdi. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlətimizin başçısı ölkələrimizin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğuladı. Oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan dövlətimizin başçısı bildirdi ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərdi. Prezident İlham Əliyev ölkələrimiz arasında rabitə sahəsində də birgə fəaliyyət üçün çox yaxşı imkanların olduğunu dedi.

Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin 190-dan artıq şirkətinin iştirak etməsinin önəmini vurğuladı və bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Əhməd Arslan Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində Azərbaycanda işlərin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə gələcəkdə regional səviyyədə birgə iş fəaliyyətinin davam etdiriləcəyinə əmin olduğunu bildirdi. Qonaq iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğuladı.

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00