Kənan Kazımovdan, Bakı, Azərbaycan
Text size
05 dekabr 2017, 13:55
Hörmətli cənab Prezident,
Sizin biz məktəblilər üçün yaratdığınız şərait bu gün bizim mükəmməl təhsil almağımıza önəmli təsir göstərir. Məktəblilər üçün keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya isə Azərbaycanımızı tanımaq baxımından münbit şərait yaradır.
Bu günlərdə cənub bölgəsinə etdiyim səyahət Azərbaycanın regional inkişafı haqqındakı təsəvvürümü bir daha əyaniləşdirdi. Bu cür layihələrin keçirilməsi biz gənclərin təlim-tərbiyəsinə müsbət təsir edir. Yaratdığınız bu şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Kazımov Kənan Sahib oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.