Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği

19 dekabr 2017, 21:35

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 19 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən hazırlanmışdır və açıq məkanda reklam yayımına görə haqqın məbləğinin müəyyən edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Açıq məkanda reklam yayımına görə haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün müəyyən edilir.

1.3. Açıq məkanda reklam yayımına görə haqqın tutulması Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (bundan sonra – Agentlik), “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir.

1.4. Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan icazə müqaviləsində müəyyən edilir.

2. Açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi

2.1. Açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi məqsədilə ölkə ərazisi aşağıdakı reklam yayımı zonalarına bölünür:

2.1.1. Bakı şəhəri üzrə A, B və C zonaları;

2.1.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə A, B və C zonaları;

2.1.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi;

2.1.4. digər şəhər (rayon), qəsəbə və kənd.

2.2. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən reklam yayımı zonaları əhalinin sıxlığı, nəqliyyatın intensivliyi, yaşayış və ticarət obyektlərinin, onları birləşdirən prospekt, küçə və meydanların sıxlığı, ətrafındakı ərazilərin təyinatı nəzərə alınmaqla müəyyən edilir.

2.3. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən şəhərlər üzrə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) reklam yayımı zonalarının bölgüsü Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla Agentlik tərəfindən həyata keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Bakı şəhəri üzrə A zonasına, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi isə Bakı şəhəri üzrə C zonasına aid edilir.

2.4. Agentlik bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq müəyyən etdiyi reklam yayımı zonalarının xəritələrini öz internet səhifəsində yerləşdirir.

2.5. Bu Qaydanın 2.1.1-ci yarımbəndində göstərilən zonalar daxilində reklamın effektivlik dərəcəsi tətbiq edilir. Reklamın yerləşdiyi yerdən, şəraitindən, ətrafından və auditoriyasının miqyasından asılı olaraq Agentlik (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) tərəfindən reklamın effektivlik dərəcəsinin 1, 2 və 3 kateqoriyaları müəyyən edilir.

3. Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası

3.1. Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısının növləri üzrə aşağıdakı məbləğdə hesablanır: 

 

Sıra nömrəsi

 

Reklam daşıyıcısının növü

Reklam yayımına

görə haqq (manatla,

ƏDV-siz)

3.1.1.

Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.)

17,0

3.1.2.

Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.)

12,0

3.1.3.

Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:

 

 1.

roller

10,0

 2.

prizmatron və s.

6,0

3.1.4.

Hərəkətsiz daşıyıcılar:

 

 1.

transparant

7,0

 2.

ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş  terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending)

6,0

 3.

bilbord, meqabord

5,0

 4.

kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)

2,5

 

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ, reklam yayımı zonalarından, Bakı şəhəri üzrə isə həmçinin reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq aşağıdakı əmsallara vurulur:

3.2.1. Bakı şəhəri üzrə:  

Zona

Kateqoriya

Əmsal

A

1

5

2

4

3

3,4

B

1

2,9

2

2,5

3

2,1

C

1

1,8

2

1,5

3

1,3

 

3.2.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə: 

Zona

Əmsal

A

1

B

0,8

C

0,6

 

3.2.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə əmsal - 0,6;

3.2.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal - 0,5.

3.3. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə haqq onun ümumi ölçüsünə uyğun ödənilir.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37