İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib

21 dekabr 2017, 14:20
İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib

Prezident İlham Əliyev Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Kamilovu qəbul edib.

Prezident İlham Əliyev Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı “İslam Həmrəyliyi İli” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğuladı.

Dövlət müşaviri Rüstəm Kamilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Rüstəm Kamilov bildirdi ki, xalqın tolerantlığı və sülhün qorunub saxlanmasına ölkələrimizin bir çox eyni yanaşması var. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq, ölkənin inkişafı üçün çalışmalarının önəmini vurğuladı. Rüstəm Kamilov İslam ənənələrinin dirçəlişinin, İslam irsinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin Özbəkistanda prioritet istiqamətlərdən biri olduğunu bildirdi.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo