Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən
24 dekabr 2017, 10:07
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək, Sizə Həştərxan vilayəti ilə Azərbaycan arasında ən müxtəlif fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.
Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Əminəm ki, sosial-iqtisadi layihələrin həyata keçirilməsi üzrə apardığımız birgə iş bizim vətəndaşlarımızın rifahı naminə uzunmüddətli strateji tərəfdaşlıq üçün möhkəm təməl olacaq.
Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm və Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün işlərinizdə yeni uğurlar və nailiyyətlər diləyirəm.
Hörmətlə,
Aleksandr Jilkin
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru