İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib

29 dekabr 2017, 10:50
İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Qeyd edildi ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Digah–Məmmədli avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2017-ci il 9 iyun tarixli Sərəncamına əsasən 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.

Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda yeni piyada səkiləri tikilib. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub. Tikinti işləri zamanı yolboyu yeni asfalt-beton örtüyü döşənib. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması nəticəsində nəqliyyat vasitələrinin və əhalinin gediş-gəlişi xeyli asanlaşıb, onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmalarına imkan yaranıb.

Dövlətimizin başçısına Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi haqqında da məlumat verildi. Bildirildi ki, 16 min nəfər əhalinin yaşadığı Mehdiabad, Fatmayı, Görədil yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən bu yolun tikintisinə 1,8 milyon manat vəsait ayrılıb.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Azadlıq prospektinin Binəqədi rayonundan keçən hissəsi və Binəqədi şosesi yenidən qurularaq bu ərazidə müasir yol infrastrukturu yaradılıb. Azadlıq prospektinin Ziya Bünyadov prospektindən Biləcəri-Baksol yolunadək 3,1 kilometrlik hissəsi tamamilə yenidən qurulub. Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yaranan sıxlığı aradan qaldırmaq məqsədilə sərnişin avtobuslarının hərəkəti Cəfər Xəndan küçəsindən Süleyman Sani Axundov küçəsinədək olan hissədə yan yola yönəldilib və bu hissədə 8 müasir avtobus dayanacağı quraşdırılıb. Azadlıq prospektində piyadaların yolu təhlükəsiz keçmələri üçün Süleyman Sani Axundov küçəsi ilə kəsişmədə və Rəsulzadə qəsəbəsinin mərkəzində iki yerüstü piyada keçidi tikilib. Azadlıq prospektinin yenidən qurulması ilə yanaşı, bu ərazidə yerləşən və prospektə çıxan Süleyman Sani Axundov, Şövkət Məmmədova, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov küçələri də əsaslı təmir edilib.

Binəqədi şosesində yenidənqurma işləri iki mərhələdə aparılıb. Birinci mərhələdə yolboyu yararsız vəziyyətdə olan 2800 metr uzunluğunda kanalizasiya, 3000 metr uzunluğunda müxtəlif diametrli su xətləri “Azərsu” ASC tərəfindən yenisi ilə əvəz olunub, ətrafdakı evlərdən, sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb. Yağış və qar sularının nizamlı axınının təmin edilməsi məqsədilə Binəqədi şosesindən Böyükşor gölünə 1100 metr uzunluğunda boru xətti çəkilib. Yolun yenidənqurma işlərinin ikinci mərhələsi də qısa müddətdə başa çatdırılıb. Belə ki, vətəndaşların yolun hər iki kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün yeni piyada səkiləri inşa olunub, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 11 yerdə əlavə hissə tikilib və müasir avtobus dayanacaqları quraşdırılıb. Binəqədi şosesinin yenidən qurulması rayonun Rəsulzadə, Binəqədi, Biləcəri, Baksol qəsəbələrində yaşayan əhaliyə, həmçinin şəhərin mərkəzindən Mehdiabad, Fatmayı, Pirşağı, Digah və digər qəsəbələrə getmək istəyən nəqliyyat vasitələri sahiblərinə rahat yol infrastrukturundan istifadə etməyə imkan verəcək.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasəti hər bir vətəndaş öz şəxsi həyatında hiss edir. Qeyd edək ki, bu istiqamətdə icra edilən layihələrin coğrafiyası durmadan genişlənir və bütün bunlar hər bir Azərbaycan insanının rahat yaşamasının təminatına yönəlib.

Dövlət başçısı Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra xatirə şəkli çəkdirildi.

x x x

Daha sonra Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxdı.

Qoruqdakı vəziyyətlə tanış olan dövlətimizin başçısı burada şəraitin dözülməz olduğunu bildirdi. Qeyd etdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verdi ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:33
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

15 aprel 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:31
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

15 aprel 2024, 14:31
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:29
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

15 aprel 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:27
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Məişət zorakılığının qarşısının alınması haqqında”...

15 aprel 2024, 14:27