İlham Əliyev Çilinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 yanvar 2018, 10:30
İlham Əliyev Çilinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib.

Səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xose Manuel Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayaraq bununla bağlı Azərbaycan ilə Çilinin bir-biri haqqında daha çox məlumata malik olmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimizin biznes icmaları arasında əməkdaşlıq, rəsmi səviyyədə qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, mədəni tədbirlər, müxtəlif təqdimatlar və sərgilərin təşkil olunması, xalqlar arasında münasibətlər yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək edə bilər. Dövlətimizin başçısı vurğuladı ki, bütün bunlar, öz növbəsində, iqtisadi əlaqələrin qurulması işinə təkan verər. Bu işdə ticarət və investisiya imkanlarının müəyyənləndirilməsi də mühüm rol oynaya bilər.

Səfir Xose Manuel Silva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Çili Respublikasının Prezidenti Sebastian Pinyeranın tapşırığı əsasında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10