“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

01 fevral 2018, 19:13

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 360) 14.1.3-cü maddəsində “dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmaq” sözləri “dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb müəssisəsinə bir ay müddətində müraciət etmək” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.