03 mart 2018, 17:20

Əbülfəz Məmmədovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı imzaladığınız Sərəncama görə Sizə dərin minnətdarlıq hisslərimi ifadə edir, səmimi qəlbdən təşəkkürümü bildirirəm. Biz bir daha Sizin qayğınızı hiss etdik.

Hörmətli cənab Prezident, aprelin 11-də keçiriləcək prezident seçkilərində mənim və ailə üzvlərimin yeganə namizədi Sizsiniz. Biz xalqımızın ləyaqətli və müdrik oğluna – Sizə səs verəcəyik. Çünki inkişafımızın və ölkəmizdəki siyasi sabitliyin qarantı Sizsiniz və biz Sizə inanırıq. Sizə və ailənizə cansağlığı, Vətənimizin inkişafı naminə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Əbülfəz Əhməd oğlu,

Əməkdar Müəllim.

Azərbaycan Respublikası, Masallı rayonu, Ağakişibəyli kəndi.