Yaşar İmanov və başqalarından, Bakı, Azərbaycan
05 mart 2018, 16:25
Hörmətli cənab Prezident.
Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təəssübkeşi olaraq Siz hər zaman bəstəkarlarımıza və musiqişünaslarımıza dəstək olursunuz. Sizin müvafiq Sərəncam Fərmanınız əsasında fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin və Prezidentin fərdi təqaüdün artırılması haqqında xəbəri böyük minnətdarlıq hissi ilə qarşıladıq. Bu ahıl çağımızda bizim Sizin qayğınıza və diqqətinizə böyük ehtiyacımız var.
Möhtərəm cənab Prezident, mədəniyyət və incəsənət xadimlərinə hər zaman maddi və mənəvi dəstək olduğunuza görə Sizə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür, şərəfli və çətin işinizdə yeni-yeni nailiyyətlər, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq.
Hörmətlə,
İmanov Yaşar, bəstəkar, Xalq Artisti
İbrahimova Sevda, bəstəkar, Xalq Artisti
Tağızadə Aida, musiqişünas, Əməkdar İncəsənət Xadimi.
Azərbaycan Respublikası, Bakı şəhəri.