Namiq Dərişovdan, Mingəçevir, Azərbaycan
05 mart 2018, 14:50
Hörmətli cənab Prezident.
Fevralın 27-də Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Mingəçevirə səfəriniz, bizim üçün əhəmiyyətli bir neçə müəssisənin işinə start verməyiniz şəhər sakinlərinin hədsiz sevincinə səbəb oldu. Sizin dediyiniz kimi, Mingəçevir Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir. Hər sənaye obyektinin açılışı yeni iş yerlərinin yaradılması deməkdir. Sizin uğurlu fəaliyyətiniz nəticəsində şəhərimiz respublikanın sənaye və turizm mərkəzinə çevriləcək.
Əziz Prezidentimiz, bu işlərdə Sizə müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Dərişov Namiq Baba oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.