Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

07 mart 2018, 19:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm.

Dərin hüznlə,

Sooronbay Jeenbekov

Qırğız Respublikasının Prezidenti

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37