05 aprel 2018, 18:50

Nihad Nəsirovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində martın 15-18-də ölkəmizin şimal bölgəsində səyahətdə oldum. Bu səfər yaddaşımda silinməz izlər buraxdı.

Biz şagirdlərə üçün həyata keçirdiyiniz bu gözəl layihəyə görə məktəbimizin müəllim, şagird və valideyn kollektivi adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycanın bölgələrini görmək, o yerlərin mədəniyyət və tarixi abidələrini seyr etmək, dostluğu, yoldaşlığı paylaşmaq kimi hissləri bizə bəxş etdiyinizə görə çox sağ olun.

Hörmətlə,

Nəsirov Nihad Rəhim oğlu.

Şuşa rayon Malıbəyli kənd 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri.