05 aprel 2018, 19:10

Rəksanə Quliyevadan, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident.

“Ölkəmizi tanıyaq” tur-aksiyası Sizin gənclərə, uşaqlara olan diqqət və qayğınızın bariz nümunəsidir. Çox xoşbəxtəm ki, bu tur-aksiyada iştirak etmək mənə də qismət oldu. Tur-aksiya çərçivəsində ölkəmizin tarixində mühüm yeri olan qədim məskənlərimiz Qəbələ, Şəki və Zaqatala rayonlarını gəzdim. Gördüm ki, Azərbaycanımız Sizin uğurlu siyasətiniz nəticəsində çiçəklənir və inkişaf edir. Gəzdiyim yerlərdə keçmişimizi təsəvvür etdim, bu günümüzlə qürurlandım, gələcəyə çox böyük ümidlər bəslədim.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində, “ASAN xidmət” mərkəzində, Qəbələ konserv zavodunda, Nohur göldə, Şəkidə tarixin şanlı səhifələrini bəzəyən Şəki Xan Sarayında, Şəki Tarix-Diyarşünaslıq Muzeyində, Zaqatalada möhtəşəm Heydər Əliyev Mərkəzində, füsunkar Heydər Əliyev parkında, fındıq emalı müəssisəsində və s. məkanlarda olduq. Bu səyahəti və bizə olan diqqətinizi heç zaman unutmayacağam.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan, həmçinin bütün yoldaşlarım adından Sizə minnətdarlığımı bildirirəm.


Hörmətlə,

Quliyeva Rəksanə Zahid qızı.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Zəhmətkənd kəndi.