06 aprel 2018, 12:00

Ələmdar Cabbarlıdan, Kəlbəcər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında Sərəncamınızı məmnunluq hissi ilə qarşıladıq. Görkəmli şair və ustad aşıq Dədə Şəmşirin irsinə verdiyiniz yüksək qiyməti çoxəsrlik tarixi olan ədəbiyyatımıza, aşıq sənətinə, o cümlədən Kəlbəcər ədəbi mühitinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Dədə Şəmşir yaşayıb-yaratdığı dövrdə özünün sənət əsərləri və əməli fəaliyyəti ilə hər zaman xalqımıza xidmət etmişdir. Ağı qaradan, pisi yaxşıdan ağsaqqal müdrikliyi ilə ayıran Dədə Şəmşir bədii yaradıcılıqla məşğul olduğu sovet dövründə xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevə şerlər həsr etmiş, onu görkəmli ictimai-siyasi xadimi kimi yüksək dəyərləndirmişdir.

Möhtərəm cənab Prezident biz kəlbəcərlilər – Dədə Şəmşirin yurddaşları, mənəvi varisləri Sizi əmin edirik ki, hər zaman ağsaqqallarımızın göstərdiyi haqq yolu ilə gedəcəyik, dövlətimizə, onun rəhbərinə sadiq olacağıq.

Hörmətlə,

Cabbarlı Ələmdar,

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.