06 aprel 2018, 16:00

Salah Salahov və başqalarından, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə təbliği və tanıdılmasına, bu sənətin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinə göstərdiyiniz diqqət və qayğı göz önündədir. Son illər ölkəmizin mədəni həyatında baş verən yeniliklər, milli-mənəvi dəyərlərə hörmət və diqqət xalqın dərin rəğbətini qazanmışdır. Milli-mənəvi dəyərlərimizə göstərdiyiniz qayğı bizi çox sevindirir. Biz kəlbəcərlilər yurdumuzun işğal gününü yad etdiyimiz bir vaxtda Siz bizləri sevindirdiniz. Aşıq-ozan sənətinin ən uca zirvəsini fəth etmiş, Kəlbəcərlə hər zaman adı bir çəkilən Dədə Şəmşirin 125 illiyinin keçirilməsi ilə bağlı imzaladığınız Sərəncam nəinki saz-söz adamlarının, bütün kəlbəcərlilərin sevincinə səbəb oldu. Biz hər zaman Sizin qayğınızı və diqqətinizi öz üzərimizdə hiss etmişik, bu gün də hiss edirik. Əminik ki, Sizin apardığınız uğurlu siyasət nəticəsində biz öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Əminliklə deyə bilərik ki, hər zaman kəlbəcərlilər Sizinlədir və Sizin siyasətinizi dəstəkləyir. Aprelin 11-də bunu bir daha sübut edəcəyik.

Cənab Prezident, ölkəmizin inkişafı və daha da yüksək imic qazanması naminə Zati-alinizə möhkəm cansağlığı, yorulmaz fəaliyyət arzulayır və bir daha dərin minnətdarlığımızı bildiririk.

Hörmət və ehtiramla,

Bir qrup Kəlbəcər rayon sakinləri,

Salah Salahov,

Məhəmmədəli Bağırov və başqaları

Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.