06 aprel 2018, 16:10

Elmira Şükürovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz Azərbaycan mədəniyyətinə və incəsənətinə xüsusi qayğı göstərir, xalq yaradıcılığının və milli-mənəvi dəyərlərimizin dünyaya təbliğinə misilsiz işlər görürsünüz. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 iliyinin dövlət səviyyəsində qeyd olunması barədə 2018-ci il 2 aprel tarixli Sərəncamınız hər bir kəlbəcərli kimi bizi də çox sevindirdi. Azərbaycan aşıq sənətinə və kəlbəcərlilərə olan diqqətinizin bir daha şahidi olduq.

Əziz Prezidentimiz, bu sərəncama görə bir kəlbəcərli məcburi köçkün və şəhid bacısı olaraq, eyni zamanda, rayonumuzun təhsil işçiləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Tanrı hər zaman Sizə kömək olsun!

Hörmətlə,

Şükürova Elmira

Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri

Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.