06 aprel 2018, 16:20

Ülvi Məmmədlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezidentimiz,

Biz bir qrup şagird mart ayında ölkəmizin şimal rayonlarına “Ölkəmizi tanıyaq” layihəsi üzrə tur aksiyada iştirak etdik. Həmin rayonların gəzməli və görməli yerləri ilə yaxından tanış olduq. Ulu Öndərin adını daşıyan mərkəzlərdə maraqlı görüşlər keçirdik. Buna görə də hörmətli Prezidentimiz, Sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Tezliklə keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzulayırıq. Biz gənc nəsil həmişə Sizə dəstək olmağa hazırıq.

Hörmətlə,

Ülvi Məmmədli

Azərbaycan Respublikası, Bakı şəhəri