06 aprel 2018, 17:20

İbrahim Əliyevdən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ağstafalılar Sizin bizlərə göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmiş və onun şahidi olmuşlar. Son on ildə Ağstafada yeni layihələrin həyata keçirilməsi, böyük gücə malik sənaye müəssisələrinin inşa olunması, yeni məktəb binalarının, mədəniyyət evlərinin tikilməsi, yolların inşa olunması, Ağstafanın respublikanın ən sürətlə inkişaf edən rayonlarından birinə çevrilməsi bunu parlaq şəkildə əks etdirir. Bu günlər Sizin Sərəncamınızla Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı rayonumuza vəsaitin ayrılması bir daha göstərdi ki, ölkənin bütün vətəndaşları kimi ağstafalılar da Sizin diqqətinizdədir. Mən rayonun ziyalısı kimi bütün ağstafalılar adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Siz bizim gücümüz, fəxrimiz və sevimli Prezidentimizsiniz.

Hörmətlə,

Əliyev İbrahim

Azərbaycan Respublikası, Ağstafa rayonu.