06 aprel 2018, 16:05

İkram Əliyev və başqalarından, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident.

Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Sizin tərəfinizdən layiqincə davam etdirilir. Hazırda ölkəmizin hər bir bölgəsində quruculuq və abadlıq işləri aparılır. Gədəbəy rayonunda da möhtəşəm işləri görəndə əhval-ruhiyyəmiz yüksəlir.

Cənab Prezident, bu il fevralın 12-də imzaladığınız Sərəncam biz Miskinli kənd sakinlərinin ürəyincə oldu və bizləri sevindirdi. Hazırda kəndimizdə tikilən uşaq bağçasının yeni binası bizi və uşaqlarımızı çox sevindirir. Bu, gənc nəslin təlim-tərbiyəsinə və təhsilinə layiqli töhfədir.

Möhtərəm cənab Prezident, gədəbəylilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Biz Sizin siyasətinizi daim bəyənir və dəstəkləyirik. Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı diləyirik.

Miskinli kəndinin ziyalıları adından dərin hörmətlə,

Əliyev İkram

Quliyev Osman

Məmmədov Valeh

Babayeva Fəridə

Xıdırov Həmid.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Miskinli kəndi.