07 aprel 2018, 14:30

Rahim Şabanovdan, Zaqatala, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən bir valideyn olaraq övladımın “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olduğu üçün qürur hissi keçirirəm. Məktəblilər üçün nəzərdə tutulan bu gözəl layihə uşaqların dünyagörüşünü artırır, ölkəmizin zəngin tarixi, dünəni və bu günü barədə geniş biliklər əldə etmələrinə yaxşı imkan yaradır.

Uşaqlarımıza göstərilən qayğıya, onların vətənpərvər ruhda böyüməsi üçün yaradılan bu şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Şabanov Rahim Qasım oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu.