07 aprel 2018, 15:30

Tərlan Əmirovdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu yaxınlarda imzaladığınız Sərəncama əsasən Lerik rayonunun Sivəkəran kəndinin ümumi orta məktəbi üçün 20 yerlik modul tipli binanın quraşdırılması nəzərdə tutulub. Bu xəbər məktəbimizin pedaqoji kollektivinin və şagirdlərin böyük sevincinə səbəb oldu. Onilliklər boyu gözlədiyimiz an gəlib çatdı. Bu xoş məramınıza görə Sizə hədsiz minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz müəllimlər Sizin yüksək diqqət və qayğınıza layiqli işimizlə, dövlətə və Vətənə sədaqətli gənclər yetişdirməklə cavab verəcəyik.

Həmçinin bir seçici kimi qarşıdakı prezident seçkilərində Zati-alinizə müvəffəqiyyətlər arzulayırıq. Bütün pedaqoji kollektivimiz və işçilərimiz adından əmin edirik ki, yekdilliklə Sizi dəstəkləyir və Sizə səs verəcəyik.

Sivəkəran kənd ümumi orta məktəbinin kollektivi adından dərin hörmətlə,

Əmirov Tərlan

Hümətov Namiq

Nəzərov Aydın

Həşimov Mais

Məlikov Afiq və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu, Sivəkəran kəndi.