07 aprel 2018, 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarından, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident.

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyası zamanı bizə göstərilən qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Tur-aksiya çərçivəsində ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olduq. Sizin qətiyyətiniz və iradənizlə respublikamızın dinamik sosial-iqtisadi inkişafını gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasının timsalında öz gözlərimizlə gördük. Biz çox xoşbəxtik ki, müstəqil Azərbaycanın övladlarıyıq. Ölkəmizlə fəxr edirik.

Cənab Prezidentimiz, bir daha bütün laçınlı məktəblilər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Laçın rayonundan olan tur-aksiya iştirakçıları.

Azərbaycan Respublikası, Laçın rayonu.