09 aprel 2018, 14:20

Mahmud Xəlilovdan, Mingəçevir, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mingəçevir şəhərinə göstərdiyiniz yüksək diqqət və qayğı bizləri hədsiz sevindirir. Şəhərimizdə açılan yeni iş yerləri, istifadəyə verilən müəssisələr, əsaslı şəkildə təmir olunan yaşayış binaları bilavasitə Sizin adınızla bağlıdır. 1950-ci illərdə tikilmiş binalarımız əsaslı təmir olunur, görkəmi dəyişir, müasirləşir.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir və “Çox sağ olun” deyirik.

Hörmətlə,

Xəlilov Mahmud Mədət oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.