09 aprel 2018, 18:30

Rasim Orucovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

​Sizin rəhbərliyinizlə respublikamız çoxsaylı uğurlara imza atmaqla sürətli iqtisadi inkişafa nail olub, beynəlxalq səviyyədə böyük nüfuz qazanıb. Ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilib, şəhər və kəndlərimiz abadlaşıb, əhalinin həyat səviyyəsi yüksəlib.

Sizin diqqətiniz və qayğınız sayəsində təhsilin maddi-texniki bazası xeyli yaxşılaşıb, çoxlu sayda yeni məktəb binaları tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu günlərdə “Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər” haqqında Sərəncamınızla rayonumuzun Uştalqışlaq kənd tam orta, Gəndov və Girk kənd ümumi orta məktəbləri üçün modul tipli yeni binaların tikintisinin nəzərdə tutulması rayon ictimaiyyətinin böyük sevincinə səbəb olub.

Bütün bunlara görə rayonumuzun təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı və xalqımızın xoşbəxt gələcəyi naminə işlərinizdə uğurlar arzulayırıq.

​Hörmətlə,

​Orucov Rasim.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.