10 aprel 2018, 13:30

Nuranə Quliyevadan, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün dünyanın qeyri-maddi mədəni irslərindən sayılan və Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti vardır. Aşıq sənəti və bu sənəti yaşadan insanlar xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulub. Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib. Ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, zəngin şeriyyəti və ustalığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşirin anadan olmasından 125 il ötür.

Hörmətli cənab Prezident, Aşıq Şəmşirin 125 illiyi ilə bağlı imzaladığınız Sərəncam aşıq sənətinə verdiyiniz yüksək qiymətin bariz nümunəsidir. Bu sənətə olan böyük diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Azərbaycan xalqı hər zaman Sizinlədir.

Bu xoş ənənələrin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfinizdən uğurla davam etdirilir, zənginləşdirilir. Sizin Azərbaycan mədəniyyətinin inkişafına verdiyiniz töhfələr və bu sahədəki sərəncamlarınız heç vaxt unudulmayacaq. Bütün bunlara görə Sizə minnətdarlıq edir, möhkəm cansağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində apardığınız böyük işlərinizdə tükənməz qüvvət arzulayıram.

Möhtərəm cənab Prezident, inanıram ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində Siz yenidən qalib olacaq, ölkəmizin dinamik inkişafını və yüksəlişini davam etdirəcəksiniz.

Dərin hörmət və ehtiramla,

Quliyeva Nuranə Aslan qızı, Göygöl şəhərindəki Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru.

Azərbaycan Respublikası, Göygöl rayonu.