10 aprel 2018, 13:40

İlqar Ələkbərovdan, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz.

İlk öncə Sizə bütün Tovuz ictimaiyyəti və təşəbbüskarı olduğunuz “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən məktəblilərin valideynləri adından böyük ehtiramla və səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Ölkəmizdə gənc nəslin daha intellektual düşüncəyə malik olmasında, Azərbaycanın zəngin tarixini, mədəniyyətini əyani şəkildə mənimsəməsində, şagirdlər arasında mehriban, səmimi, dostluq və yoldaşlıq münasibətlərinin yaranmasında bu layihənin əvəzsiz rolu vardır.

Bu gözəl, insani dəyərlərin qorunub saxlanmasına, nəsildən-nəslə ötürülməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümüzü bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Ələkbərov İlqar Fərhad oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu.