10 aprel 2018, 15:50

Zahid Muxtarov və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz hər sahəyə olduğu kimi, elmə, mədəniyyətə, ədəbiyyata, incəsənətə, saza, sözə də çox böyük önəm verib diqqət göstərirsiniz. Aprelin 2-də aşıq sənətinin korifeylərindən biri, bu sənətdə dədəlik zirvəsinə ucalmış saz-söz ustadı Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün təntənə ilə qeyd edilməsi üçün verdiyiniz Sərəncam bütün kəlbəcərlilərin fərəhinə, sevincinə səbəb oldu.

Bu Sərəncam Kəlbəcərin işğalının 25-ci ildönümünə təsadüf etdi. Əmin olduq ki, Siz həmişə bizimləsiniz. Biz də Sizi dəstəkləyirik. Aşıq Şəmşir sənətinə, sazına, sözünə verdiyiniz bu yüksək qiymətə, göstərdiyiniz doğma münasibətə görə bütün kəlbəcərlilər adından, o cümlədən rayonumuzun saz-söz ustadları Sizə hədsiz minnətdarlığımızı bildiririk.

Sonsuz hörmət və sevgilərlə,

Muxtarov Zahid Fərhad oğlu

Cəmil Adil

İsayev Eldar

Əmirahoğlu Əliqəmə

Cabbarov Əyyub və başqaları (cəmi: 15 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.