10 aprel 2018, 16:00

Enriki Çallaridən, Qəbələ rayonu, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayıram. Qəsəbədəki 5 nömrəli məktəbdə rus dilində təhsil alıram. Lakin Azərbaycan dilini əla bilirəm. Ona görə ki, Azərbaycan bizim Vətənimizdir. Amma doğma udi dilini də unutmuruq. Məktəbimizdə udi dili dərsləri keçirilir. Bu gün bizim dilimiz, adətlərimiz yaşayır. Axı, mən multikulturalizmin, tolerantlığın həyat tərzi olduğu ölkənin vətəndaşıyam.

Mart ayında mən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etdim. Bu səfərdən çox gözəl təəssürat aldım. Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları çox xoşuma gəldi. Həmin günlər mənim həyatımda ən unudulmaz xatirə kimi qaldı.

Bizə göstərdiyiniz diqqətə görə çox sağ olun, cənab Prezident! Biz Sizi çox sevirik.

Hörmətlə,

Çallari Enriki.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.