11 aprel 2018, 15:00

Təranə Muradovadan, Qəbələ, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz altında doğma Vətənimizin gündən-günə inkişaf etməsi, sosial-iqtisadi yüksəlişi bir vətəndaş kimi məni çox sevindirir.

Dövlətimizin həyata keçirdiyi bir çox layihələr Azərbaycan gənclərinin əsl vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Bu baxımdan “Ölkəmizi tanıyaq” layihəsini xüsusi qeyd etməliyik. Fərəhli haldır ki, Qəbələ məktəblilərinin də iştirak etdiyi bu layihədə mənim də övladım var idi. Martın 26-29-da keçirilən tur-aksiyada məktəblilər respublikamızın dilbər guşələrindən olan Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında xalqımızın tarixi, mədəni irs nümunələri ilə tanış olmaq üçün bir sıra abidələri, muzeyləri ziyarət edib, park və xiyabanları gəziblər.

Bu layihə ölkəmizin tanınmasında gənclərimizə böyük kömək oldu. Mən bir valideyn kimi bu layihənin təşəbbüskarı olduğunuz üçün Sizə minnətdarlığımı bildirirəm.

Nə yaxşı ki, müstəqil Azərbaycanımızın qurucusu və memarı olan Ulu Öndərimizin layiqli davamçısı – Siz varsınız.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Muradova Təranə İmran qızı.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Həmzəli kəndi.