11 aprel 2018, 15:15

Əhliman Məmmədovdan, Quba rayonu, Azərbaycan

Möhtərəm cənab Prezident.

Quba rayonunun Hacıhüseynli inzibati ərazi dairəsinə daxil olan 10 kənddə 8 min sakin yaşayır. Yolumuzun pis vəziyyətdə olması hamımızı çox narahat edirdi. Artıq 19 kilometrlik Quba-Hacıhüseynli yolunun əsaslı təmirinə və asfaltlanmasına başlanıb.

Buna görə bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədov Əhliman Allahverdi oğlu.

Azərbaycan Respublikası, Quba rayonu, Hacıhüseynli kənd sakini.