12 aprel 2018, 17:50

Lyubov Urmantsevadan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

İcazə verin, pravoslav xristianlarının Pasxa bayramı ərəfəsində Şirvan şəhərinin rusdilli əhalisi adından Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya böyük ehtiramımızı bildirək, biz ruslara göstərdiyiniz diqqət və dəstəyə görə Sizə və bütün ailənizə təşəkkür edək.

Biz burada yaşayır, işləyir və Azərbaycanda yaradılan gözəl şəraiti gündəlik həyatımızda hiss edirik. Əlbəttə, buna görə biz əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Sizin Mehriban xanımla birlikdə uğurla davam etdirdiyiniz siyasətə borcluyuq.

Vətənimizin paytaxtı Bakı şəhəri gündən-günə gözəlləşir. Paytaxtımızda görün nə qədər yeni körpü, keçid və yaraşıqlı bina var, idmana necə böyük diqqət yetirilir, neçə-neçə gözəl, möhtəşəm və dünya standartlarına cavab verən arenalar inşa edilib. Bütün bunlar dünyaya nümayiş etdirir ki, Azərbaycan güclənir və inkişaf edir.

Biz də burada əmin-amanlıq şəraitində yaşayırıq, heç vaxt heç bir təzyiqlə üzləşməmişik. Ona görə də həmişə Vətəndə yaşadığımızı hiss etmişik. Şirvan şəhərinin rus əhalisi Azərbaycan Respublikasının işıqlı gələcəyi naminə 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə fəal iştirak etməyi özünə borc bildik. Biz əmin idik ki, Siz seçkilərdə inamlı qələbə qazanacaqsınız. Azərbaycan xalqı bundan sonra da Sizin saya-hesaba gəlməyən nəcib işlərinizi ürəkdən dəstəkləyəcək.

Hörmətlə,

Urmantseva Lyubov,

Şirvan şəhərinin rus icmasının sədri.

Azərbaycan Respublikası, Şirvan şəhəri.