13 aprel 2018, 18:32

Rafiq Qədirovdan, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycanımız gündən-günə inkişaf edir. Mən və ailəm Sizinlə fəxr edirik. Allah Sizə cansağlığı və uzun ömür versin.

Ümummilli Liderimizin, hər bir azərbaycanlının qəlbində özünəməxsus yeri olan çox hörmətli Heydər Əliyevin siyasətinin layiqli davamçısı olaraq Sizin son on beş ildə Azərbaycanın inkişafı naminə gördüyünüz işlər göz qabağındadır. Azərbaycanın gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.

Sizin səfərlərinizi daim diqqətdə saxlayır və yaxından izləyirik. Biz Sizə inanırıq və bundan sonra da inanacağıq. Çünki Siz ulu öndər Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirir və Azərbaycanı bütün dünyaya tanıdırsınız.

Hörmətli cənab Prezident, biz Sizi çox sevirik. Bir şəhid ailəsi olaraq Sizinlə fəxr edirik. Allah Sizi bizə çox görməsin. Həmişə bizimlə olun, cənab Prezident!

Hörmətlə,

Qədirov Rafiq Rza oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.