13 aprel 2018, 19:30

Valeh İsmayılovdan, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Tovuzlulara göstərdiyiniz diqqət və qayğı tərəfimizdən çox böyük rəğbətlə qarşılanır. Sizin Tovuza hər səfəriniz və rayonumuzla bağlı qəbul etdiyiniz qərarlar hər şeydən əvvəl onun şanlı tarixidir. Biz bununla fəxr edirik. Tovuz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması haqqındakı Sərəncamınız da bizi çox məmnun etdi.

Çox hörmətli Prezidentimiz, Allah Sizi daim var etsin. Tovuzlular həmişə Sizinlədirlər.

Dərin hörmətlə,

İsmayılov Valeh.

Azərbaycan Respublikası, Tovuz rayonu.