14 aprel 2018, 17:00

Yalçın Əliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Lənkəran Sizin davamlı diqqət və qayğınız ilə sosial-iqtisadi və mədəni inkişafının ən gözəl dövrünü yaşayır. Rayonda insanların çoxillik arzularını gerçəkləşdirən sosial layihələrin ardıcıl həyata keçirilməsi hesabına həyat şəraiti durmadan yaxşılaşır, insanlarda daha firavan gələcəyə böyük inam yaranır. Bu gün hər bir lənkəranlı vətənimiz Azərbaycanın dünyadakı qabaqcıl mövqeyindən qürur duyur.

Hörmətli cənab Prezident, xalqımız kimi, lənkəranlılar da Sizin milli maraqlarımıza xidmət edən uğurlu daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyir və bu siyasətin qələbəsi uğrunda mübarizədə daim öndə olmaqdan şərəf duyurlar. Biz aprelin 11-də keçirilən prezident seçkilərində Sizi dəstəkləməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olduq. Sizi əmin edirik ki, lənkəranlılar bundan sonra da dövlətimizin başçısı ətrafında sıx birləşərək müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsinə, milli tərəqqimizin daha da sürətlənməsinə töhfələrini verəcəklər.

Hörmət,

Əliyev Yalçın Rafiq oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.