Litvanın Azərbaycandakı sabiq səfiri Kyestutis Kudzmanasdan

15 aprel 2018, 16:35


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Çox xoşbəxtəm ki, mənə 2007-2012-ci illərdə Litva Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmək səadəti nəsib olmuşdur. Həmin müddətdə Azərbaycanın iqtisadi inkişafını və yüksəlişini mütəmadi izləmişəm.

Bu günlərdə isə ölkənizdə böyük siyasi kampaniyanı - prezidentliyə namizədlərin seçki marafonunu şəxsən müşahidə etmişəm.

Bu seçkilərdə qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi və xalqınızı Azərbaycanın etibarlı dostu kimi səmimi qəlbdən təbrik edirəm.

Sizə fəaliyyətinizdə uğurlar, cansağlığı, uzun ömür diləyir, Sizin rəhbərliyiniz ilə Azərbaycana sülh, əmin-amanlıq, sabit dinamik inkişaf və firavanlıq arzulayıram.

Hörmətlə, Sizin dostunuz

Kyestutis Kudzmanas

Litva Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri,

Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri