İsveç Krallığının Stokholm şəhərində fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Nadir Hollenbranddan

19 aprel 2018, 20:23

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İsveç Krallığında fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyəti adından ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Sizin xalqımızın yüksək etimadını qazanmağınız İsveçdə yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilən prezident seçkilərindəki qələbəniz Sizin ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin bariz nümunəsidir.

Fəxrlə qeyd etmək istərdik ki, Sizin rəhbərliyinizlə doğma Vətənimiz inkişaf edərək dünyanın aparıcı ölkələri arasında layiqli yerini tutub. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti ürəkdən dəstəkləyir.

Bu xoş fürsətdən istifadə edərək, çox şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər diləyir, Zati-alinizə və doğmalarınıza möhkəm cansağlığı və səadət arzulayırıq.

Hörmətlə,

Nadir Hollenbrand

İsveç Krallığının Stokholm şəhərində fəaliyyət göstərən

“Azərbaycan Naminə” Cəmiyyətin sədri,

Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10