20 aprel 2018, 16:02

Reyhan İsmayılovadan, Bakı, Azərbaycan

Cənab Prezident,

Şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığınız Fərmana, göstərdiyiniz diqqətə görə ailəm adından və bir şəhid övladı kimi öz adımdan dərin minnətdarlığımı bildirirəm. Şəhid ailələrinə göstərdiyniz diqqət və qayğını həmişə öz üzərimizdə hiss etmişik.

Çox sağ olun ki, bizi – atası Vətən uğrunda canından keçən şəhid övladlarını, şəhid ailələrini diqqətdən kənar qoymursunuz. Biz hər zaman təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasətinizi dəstəkləmişik. Sizin şəhid ailələrinə olan diqqətinizi görmək, qayğınızı duymaq bir şəhid övladı və ailəsi kimi bizi çox qürurlandırır. Fərmanınızı oxuduqdan sonra bu təşəkkürü Sizə ünvanlamağı özümə borc bildim.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edir və uğurla davam etdirdiyiniz siyasəti hər zaman dəstəkləyirik. Bir daha Sizə ailəm və bütün şəhid ailələri adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Reyhan İsmayılova

Azərbaycan Respublikası, Bakı şəhəri