N.İ.Məmmədovun Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 aprel 2018, 18:33

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il.