S.R.Babayevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 aprel 2018, 18:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il.