24 aprel 2018, 13:20

İlham Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk öncə Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.

Sizin göstərişinizlə Binəqədi rayonunda aparılan abadlıq və quruculuq işləri bizim yaşadığımız 7-ci mikrorayonda da sürətlə davam etdirilir. Yaşadığımız binanın təmiri və və ətrafında abadlıq işlərinin aparılması bizi çox sevindirdi. Binamızın həyətində idman qurğuları, oturacaqlar quraşdırılıb, asfalt örtüyü döşənib.

Cənab Prezident, bu işlərə görə binamızın bütün sakinləri adından Sizə minnətdarlığımızı bildirir və “Çox sağ olun” deyirik.

Hörmətlə,

Məmmədov İlham Məcid oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.