24 aprel 2018, 14:40

Ş.Hüseynov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Müəllim əməyinə göstərdiyiniz diqqət və qayğıya, saysız-hesabsız yeni məktəblərin tikintisinə, eyni zamanda, ölkəmizdə əmin-amanlığın və sabitliyin qorunub saxlanılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Uzun illər idi ki, şagirdlərimiz köhnə məktəb binasında çətin şəraitdə təhsil alırdılar. Buna baxmayaraq, bütün Azərbaycan vətəndaşları kimi, biz də həmişə gələcəyə ümidlə baxırdıq. Çünki biz Sizin qayğınızla tam əhatə olunmuşuq. Bu yaxınlarda məktəbimiz üçün yeni binanın tikintisinə vəsait ayırmağınız bizə ən böyük hədiyyə oldu.

Möhtərəm cənab Prezident, ölkəmizin hər yerində olduğu kimi, ucqar Lerik rayonunda da yeni təhsil müəssisələrinin tikintisinə görə rayon ziyalıları, kənd ictimaiyyəti və kollektivimiz adından Sizə minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Ş

Məmmədov Ş

Kərimov R

İkramlı M və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu, Kirəvud kəndi.