Özbəkistan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Səlim Abduvaliyevdən

25 aprel 2018, 14:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Seçkilərdə inamlı qələbəniz xalqın Sizə etimadının təzahürüdür.

Azərbaycan Sizin rəhbərliyinizlə bu gün həm idman sahəsində, həm də bir çox başqa sahələrdə yüksək göstəriciləri ilə seçilən lider ölkədir. Bu da Sizin yürütdüyünüz siyasətin və doğma Vətəninizdə idman hərəkatının inkişafına peşəkarcasına yanaşmanın göstəricisidir.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Xalqlarımızın rifahı naminə səmərəli əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvaram.

Hörmətlə,

Səlim Abduvaliyev

Özbəkistan Milli Olimpiya Komitəsinin vitse-prezidenti