İtaliya Respublikasının Senatında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Senator xanım Maria Rizzottidən

25 aprel 2018, 15:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə hərarətli və ən səmimi təbriklərimi çatdırıram.

Seçkilərin nəticələri Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz siyasi kursa verdiyi ən yüksək qiymətin, şəxsiyyətinizə bəslədiyi dərin inamın əyani təsdiqidir.

Sizin rəhbərliyinizlə Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə, həmçinin İtaliya ilə münasibətlərdə möhtəşəm müvəffəqiyyətlər əldə edib.

Əminəm ki, Sizin Prezidentliyinizin yeni dönəmi ölkənizin inkişafına və beynəlxalq səviyyədə mövqeyinin güclənməsinə, habelə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə davamlı töhfəsini verəcək.

Sizə ən dərin hörmətimi çatdırıram.

Səmimi arzularımla,

Senator xanım Maria Rizzotti

İtaliya Respublikasının Senatında İtaliya-Azərbaycan

Parlamentlərarası Dostluq Qrupunun üzvü