Dünya Taekvando Federasiyasının prezidenti Çunq Von Çodan

26 aprel 2018, 17:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Dünya Taekvando Federasiyası adından səmimi qəlbdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Azərbaycanın inkişafı naminə gördüyünüz böyük işlərə xalqın verdiyi qiymətin təsdiqidir.

Dünya Taekvando Federasiyası ilə Azərbaycan Respublikası arasında çox gözəl işgüzar münasibətlər mövcuddur. Son illər ərzində idmanın taekvando növü Azərbaycanda çox geniş inkişaf edib və biz bu işdə Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Federasiyamızın hər bir üzvü Azərbaycanda taekvandonun daha da inkişaf etməsi üçün Sizinlə sıx əməkdaşlıq etmək niyyətindədir.

Zati-aliləri, Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Çunq Von Ço

Dünya Taekvando Federasiyasının prezidenti