28 aprel 2018, 18:00

Fərman Həsənovdan, Gəncə, Azərbaycan

Fərman Həsənovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Prezident seçkilərində mütləq səs çoxluğu ilə qələbə qazanmağınız münasibətilə Sizi cəmiyyətimizin üzvləri adından, ailəm adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Azərbaycan xalqı özünün firavan, işıqlı gələcəyini Sizinlə görür və Zati-alinizlə fəxr edir. Sizin apardığınız həm daxili, həm də xarici siyasət bir amala – xalqımızın rifahına, Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə xidmət edir. Biz əminik ki, Sizin müdrik siyasətinizin nəticəsində Qarabağ torpaqları tezliklə işğaldan azad ediləcək və respublikamızın hər guşəsində olduğu kimi, o torpaqlarda da Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

Əziz Prezidentimiz, övladım 1-ci qrup əlildir. Prezidentliyiniz dönəmində imzaladığınız sərəncam və fərmanlarınızla ailələrimizin sosial rifahına və əlil övladlarımızın sağlamlığına böyük dəstək olmusunuz. Biz Sizə inanırıq və ümid edirik ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı yeni qərarlarınız və sosial proqramlar rifah halımızı daha da yaxşılaşdıracaq.

Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Həsənov Fərman Bəndər oğlu,

“İnam və Ümid” əlil uşaqlara dəstək İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Gəncə şəhəri.